Şəmkirdə 18 yaşlı gəncin meyiti tapılıb.
“Unikal”ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 2008-ci il təvəllüdlü Ş.Quliyevin meyiti yaşadığı evdə aşkarlanıb.
Gəncin meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov