AZ

Rusiya ABŞ-ni Maduro və həyat yoldaşını azad etməyə çağırdı

Rusiya Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının azad edilməsində israr edir.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd edilib ki, Moskva onların ABŞ tərəfindən silahlı təcavüz aktının bir hissəsi olaraq ölkədən zorla çıxarıldığını hesab edir və Venesuelanın konstitusiya hakimiyyətinə sarsılmaz dəstəyini bir daha təsdiqləyib.

“Biz Rusiyanın dövlət suverenliyinin və milli maraqlarının qorunmasında Venesuelanın konstitusiya hakimiyyətinə sarsılmaz dəstəyini bir daha təsdiqləyirik. Biz bir daha ABŞ rəhbərliyini qanuni seçilmiş Venesuela dövlət başçısını və həyat yoldaşını azad etməyə çağırırıq”, - bəyanatda qeyd edilib.

QAZİLER.AZ

Seçilən
21
qaziler.az

1Mənbələr