Amerikanın “Sietl Saunders” klubunun mərkəz yarımmüdafiəçisi Obed Varqas karyerasını İspaniyanın “Atletiko” (Madrid) klubunda davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.
O “matrasçılar” 20 yaşlı oyunçunu heyətinə qatmaq barədə razılığa gəlib və yaxın saatlarda meksikalı ilə müqavilə imzalanacağını qeyd edib.
Hazırda “Atletiko” rəhbərliyi qərar verməyə çalışır ki, yarımmüdafiəçi birbaşa komandada qalacaq, yoxsa “Sietl Saunders” klubuna icarəyə veriləcək.
2025-ci ildə Vargas bütün turnirlərdə 41 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, futbolçunun qiyməti 8 milyon avrodur.