AZ

Avropada qaz qiymətləri bir gündə 14% düşüb

Niderlanddakı TTF qovşağında mart ayı təbii qaz fyuçersləri anidən 14,42% ucuzlaşaraq MWh üçün 33,62 avro və ya Forex bazarındakı cari məzənnə ilə min kubmetr üçün 418,46 ABŞ dollarına düşüb.

Maja xəbər verir ki, sonradan azalma 12,17%-ə yavaşlayıb, fyuçerslər MWh üçün 34,504 avro və ya min kubmetr üçün 428,66 ABŞ dolları səviyyəsində ticarət edilib.

Avropada qaz qiymətləri keçən həftəki artımdan sonra düzəlib çünki ABŞ-da istiliyin artacağı proqnozları Avropaya ABŞ maye qazının tədarükündə fasilələr barədə narahatlıqları azaldıb. ABŞ-da da təbii qaz fyuçersləri kəskin ucuzlaşıb.

Seçilən
30
1
marja.az

2Mənbələr