
Birləşmiş Ştatlar Cənubi Afrika Respublikasının (CAR) "Böyük İyirmilik"dəki (G20) iştirak statusunu birtərəfli qaydada dəyişmək iqtidarında deyil.
AFN.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) ölkənin baş diplomatı Sergey Lavrovun 2025-ci ilin yekunlarına dair mətbuat konfransı üçün hazırladığı rəsmi materiallarda qeyd olunub.
Rusiya XİN-in bəyanatında bildirilir ki, CAR G20-nin tamhüquqlu və daimi üzvüdür və bu status heç bir ölkənin, yaxud forum sədrinin fərdi qərarı ilə ləğv edilə bilməz. Moskva rəsmi Pretoriyanın bu formatda fəaliyyətinin dərhal bərpa olunmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Rusiya tərəfi CAR-ın G20-dəki işinin davam etdirilməsini açıq şəkildə dəstəkləyən ilk ölkələrdən biri olduğunu və bu məsələdə beynəlxalq hüquqi prinsiplərin qorunmalı olduğunu xatırladıb.