Fevralın 1-də Cəlilabadda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.
Qonşular qardaşı uşaqlarını baltalamaqda şübhəli bilinən əminin hadisəni törətdikdən sonra qaçmağa çalışdığını söyləyiblər.
"Əlini başına qoyaraq yalvarıb ki, əmisi başına vurmasın. O da əllərini kəsib. Bu vəhşilikdir. Qaçanda Beyləqandan tutub gətiriblər", - deyə qonşulardan biri deyib.
Faciəli şəkildə həyatını itirən 15 yaşlı Həqiqət Nağıyeva anasının doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dəfn edilib.
Tarix: 2 Fevral 2026, 22:13