AZ

Fatih qadağan olunmuş maddə istifadə edib?

Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.

Mərhum müğənni Fatih Ürəkin qadağan olunmuş maddə istifadəsi səbəbilə səhhətinin pisləşdiyi iddiası yayılıb.

Axşam.az xəbər verir ki, məsələ ilə bağlı Fatih Ürekin 3,5 ay koma vəziyyətində müalicə aldığı xəstəxana yazılı açıqlama yayıb.

Bildirilib ki, son günlər sosial mediada irəli sürülən iddialarda qeyd edildiyi kimi hər hansı maddə istifadəsinə dair heç bir tapıntı və ya məlumata rast gəlinməyib.

Xəstəxana, ictimaiyyətdə yayılan əsassız və spekulyativ paylaşımların tibbi reallıqlarla üst-üstə düşmədiyini vurğulayaraq, cəmiyyətin düzgün məlumatlandırılması məqsədilə bu açıqlamanın verildiyini bildirib.

Qeyd edək ki, Fatih ötən il oktyabrın 15-də evində səhər yeməyi yeyərkən infarkt keçirib. O, xəstəxanaya çatdırıldıqdan sonra ürəyi təxminən 20 dəqiqə dayanmışdı. Sənətçi ötən gün dəfn olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
axsam.az

1Mənbələr