AZ

Hindistan ABŞ-a Rusiya neftini almağı dayandırmağa razılıq verib

Vaşinqton, 2 fevral, AZƏRTAC

Hindistan Rusiya neftini almağı dayandırmağa və ABŞ-dan və potensial olaraq Venesueladan daha çox neft almağa razı olub.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb. O, Hindistanın Baş naziri Narendra Modi ilə telefonla danışdığını deyərək bildirib ki, bu qərar hər həftə minlərlə insanın öldüyü Ukraynada müharibənin başa çatmasına kömək edəcək. Tərəflər, həmçinin tariflərin 25 faizdən 18 faizə endirilməsi ilə bağlı ticarət sazişi barədə razılığa gəliblər.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
23
2
azertag.az

10Mənbələr