AZ

PSJ-nin keçmiş ulduzu qovuldu: Seksizmə görə

Keçmiş futbolçu və televiziya eksperti Daniyel Bravo “BeIN Sports”-dakı işindən uzaqlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Hadisə yanvarın 31-də baş verib. Bravo canlı efirdə Fransanın sabiq milli komandası üzvü, hazırda Paris klubunun qadın komandasında idman direktoru olan Qaytan Tiniyə qarşı yersiz və seksist şərh edib. Stadiondakı tribunada Tini görünən görüntüyə istinadən, Bravo bildirib ki, “o çox diqqətli deyil” və sonra əlavə edib ki, ona elə gəlir “ki, o iç paltarı barədə danışırdı”.

Canlı efirdə səslənən bu ifadə alçaldıcı hesab edilib və yayımlayıcı etik standartlarına zidd sayılıb.

“BeIN Sports” açıqlayıb ki, ekspertin sözləri kanalın dəyərləri və redaksiya siyasəti ilə uyğun deyil, buna görə Daniyel Bravonun dərhal işdən uzaqlaşdırılmasına qərar verilib.

Seçilən
30
publika.az

1Mənbələr