AZ

Məhkəmə Kərimcanla bağlı qərar verdi

Qeyri-qanuni mərc saytlarının reklamını etməklə insanları bu fəaliyyətə təşviq etməkdə ittiham olunan sosial media fenomeni Kərimcan Durmaz barəsində məhkəmə hökmü çıxarılıb.

"Unikal" xəbər verir ki, İstanbul 23-cü Asliye Cəza Məhkəməsinin qərarına əsasən, Kərimcan Durmaz 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesində təqsirləndirilənin vəkili Müge Doğan çıxış edərək Durmazın ona irəli sürülən ittihamları törətmədiyini bildirib və bəraət hökmü verilməsini xahiş edib. Lakin məhkəmə müdafiə tərəfinin arqumentlərini əsaslı hesab etməyərək, ittihamların sübuta yetirildiyi qənaətinə gəlib.

Məhkəmə heyəti Kərimcan Durmazı “reklam yolu ilə insanları idman yarışlarına əsaslanan mərc və şans oyunlarını oynamağa təşviq etmə” cinayətini zəncirvari şəkildə törətməkdə təqsirli bilib. Eyni zamanda, onun barəsində tətbiq edilmiş ölkədən çıxış qadağası formasında məhkəmə nəzarəti tədbirinin qüvvədə saxlanılmasına qərar verilib.

Qeyd edək ki, prokurorluq Kərimcan Durmaz üçün 1 il 3 aydan 5 il 3 aya qədər azadlıqdan məhrumetmə cəzası tələb etmişdi.

Seçilən
32
3
unikal.az

4Mənbələr