“Barselona” hücumçusu Rafinyanın vəziyyəti ilə bağlı açıqlama verib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinədən sonra onun budun yaxın əzələsinin dartıldığı müəyyən olunub.
Rafinyanın komandasına 3 fevralda keçiriləcək “Albasete” ilə kubok oyununda kömək edə bilməyəcəyi bildirilir. Futbolçunun bərpası təxminən bir həftə davam edəcək.
Braziliyalı futbolçu son “Elçe” matçında zədələndiyi üçün əvəzlənmişdi.
Cari mövsümdə 22 oyunda iştirak edən Rafiniya 13 qol vurub və 5 məhsuldar ötürmə edib.