Ata və oğulun evə çağırdıqları "Azəriqaz" əməkdaşını döydükləri iddia olunur.
Xezerxeber.az xəbər verir ki, iddialara görə, hadisə ötən gün paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində baş verib.
"Azəriqaz" İstehsalat Birliyinin xəsarət alan əməkdaşı Müzəffər Müzəffərov deyir ki, bu günə qədər həmin ailə ilə heç bir ədavəti olmayıb. Hadisə günü isə İntiqam Xıdorov ona zəng vuraraq yaranan borcu aydınlaşdırmaq üçün ünvana çağırıb.
Müzəffər Müzəffərov bildirib ki, ata-bala onu döydükdən sonra qan içində qoyaraq gediblər.
Bundan sonra xəstəxanaya aparılan kişinin dişlərinin qırıldığı və bədənin müxtəlif yerlərində xəsarətlər olduğu müəyyən edilib. Sabunçu Tibb Mərkəzindən bildirilib ki, pasiyentə döş qəfəsinin və təpə nahiyəsinin əziyi diaqnozları təyin edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.