
Türkiyəli sosial media fenomeni, vizajist və müğənni Kərimcan Durmazın məhkəməsində hökm oxunub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə Durmazı 1 il 8 ay azadlıqdan məhrum cəzasına məhkum edib.
Qeyd edək ki, Kərimcan 2025-ci ilin yanvarın 8-də “qanunsuz mərc oyunlarına təhrik etmək” ittihamı ilə həbs edilib və həmin ilin fevral-ın 20-si azadlığa buraxılıb.
İstanbul 23-cü Cinayət Məhkəməsində keçirilən dinləmədə Durmazın vəkili müvəkkilinin cinayəti törətmədiyini iddia edərək onun bəraət almasını istəyib.