AZ

Ronaldo böhranı -

“Əl-Nəsr”də Kristiano Ronaldo gərginliyə səbəb olub. Metbuat.az xəbər verir ki, o növbəti oyunda oynamaqdan imtina edib. "A Bola" qəzetinin məlumatına görə, Ronaldo təmsil etdiyi klubu idarə edən Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun “Əl-Nəsr”ə münasibətindən narazıdır. Ronaldo hesab edir ki, eyni fond nəzdində olan digər rəqib klublara daha yaxşı münasibət bəsləyir. Ronaldo fondun “Əl-Nəsr”ə az investisiya qoyduğunu irəli sürüb. Ronaldo ilə bağlı boykot iddialarından sonra onun heyətdən çıxarıldığı barədə xəbərlər dərc edilib.

Bildirilir ki, bu transfer dövründə “Əl-Nəsr” heyətini gücləndirmək üçün hələ də lazımi maliyyə dəstəyini almayıb. "Əl-Nəsr" təkcə iraqlı yarımmüdafiəçi Haydir Əbdülkərimi transfer edib.

Seçilən
26
1
metbuat.az

2Mənbələr