Peterburqda pravoslav bloqer 11 yaşlı qızı zorladığı üçün 15 il həbs cəzası alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Sankt-Peterburqun Krasnoqvardeyski məhkəməsi 32 yaşlı pravoslav bloqer və “xüsusi hərbi əməliyyat” iştirakçısı Klaud Rommel barəsində hökm çıxarıb.
İstintaqın versiyasına görə, kişi dördüncü sinif şagirdi olan 11 yaşlı qıza qarşı dəfələrlə cinsi xarakterli zorakılıq hərəkətləri edib və onu zorlayıb.
Məlum olub ki, Rommel 46 yaşlı həmkarı ilə birlikdə yaşayıb, qadının azyaşlı qızı da onlarla bir evdə qalıb.
Müəyyən bir vaxtdan sonra Rommel uşağı öz otağına köçürüb və onu özünün pravoslav mövzulu “YouTube” bloqundakı videolarına çəkməyə başlayıb.
2023-cü ilin qışında bloqer uşaqla eyni yataqda yaxalanıb. O, uşağa toxunduğunu inkar etməsə də, bunun cinsi məqsəd daşımadığını, sadəcə “tibbi masaj” olduğunu iddia edib.
Məhkəmənin qərarı ilə Klaud Rommel cəzasını ciddi rejimli islah əmək düşərgəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib. Bloqer öz təqsirini boynuna almayıb.

Xuraman Etibarlı
İnterpress.az