FIFA prezidenti Canni İnfantino Rusiyaya qarşı 2022-ci ildən bəri FİFA və UEFA tərəfindən tətbiq olunan futbol qadağasının ləğvi məsələsinə “mütləq baxılacağını” bildirib.
Offsideplus.az xəbər verir ki, İnfantino "Sky News"a açıqlamasında bu mövzu ilə bağlı sualı cavablandırarkən deyib:
“Buna baxmalıyıq. Çünki bu qadağa heç nəyə nail olmayıb, əksinə daha çox məyusluq və nifrət yaradıb.”
FIFA prezidentinin bu sözləri Rusiyanın beynəlxalq futbola mümkün qayıdışı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.