NATO-nun Baş katibi Mark Rütte fevralın 3-də Ukraynaya səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ukraynalı deputat Aleksey Qonçarenko öz teleqram kanalında bildirib.
Onun sözlərinə görə, Rütte Ali Radada çıxış etməyi planlaşdırır.
"Sabah Ukraynanın Ali Radasında NATO-nun Baş katibi Mark Rütte çıxış edəcək. Bundan əlavə, həmin gün hər fevral və sentyabrın ilk çərşənbə axşamı keçirilən Rada sessiyasının açılış baş tutacaq", - deputat qeyd edib.