AZ

“Heç kəsi incitmək niyyətim olmayıb”

FIFA prezidenti Canni İnfantino Böyük Britaniya futbol azarkeşlərinə ünvanladığı zarafata görə üzr istəyib.

90deqiqe.Az xəbər verir ki, İnfantino Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda 2022-ci il Dünya Çempionatına toxunaraq bildirib ki, həmin turnirdə tarixdə ilk dəfə olaraq heç bir britaniyalı azarkeş həbs olunmayıb.

FIFA prezidentinin sözlərinə görə, bu şərh tamamilə zarafat məqsədi daşıyıb: “2022-ci il Dünya Çempionatı sülhsevər və bayram xarakterli bir tədbir olub. Heç kəsi incitmək niyyətim olmayıb. Mən ingilis futbolunun böyük həvəskarıyam”.

Həmçinin, İnfantino İngiltərəni futbol zorakılığına qarşı apardığı tədbirlərə görə yüksək qiymətləndirib.

Seçilən
30
90deqiqe.az

1Mənbələr