AZ

Rusiyada təhsil ala bilməyən 9000-dən çox uşaq Tacikistana qayıdıb...

...2025-ci ildə 9000-dən çox tacik uşağı Rusiyanı tərk edərək təhsillərini davam etdirmək üçün Tacikistana qayıtmağa məcbur olub.

SİA xəbər verir ki, bu barədə Tacikistanın təhsil və elm naziri Rəhim Səidzoda mətbuat konfransı zamanı bildirib.\ ...Nazir onların qayıtmasının səbəbinin Rusiya təhsil müəssisələrinə qəbul olunmamaları olduğunu təsdiqləyib. Qayıdan tələbələr Tacikistan təhsil sisteminə inteqrasiya olunublar.

Səidzoda vurğulayıb ki, şagirdlərin kütləvi şəkildə ölkədən çıxması Rusiyada miqrant uşaqlarının qəbuldan əvvəl dil testindən keçməsini tələb edən qanunun tətbiqi ilə üst-üstə düşüb.

Rosobrnadzorun 2025-ci ilin sentyabr ayında dərc etdiyi məlumatlara görə, yalnız 2964 əcnəbi uşaq məktəbə qəbul üçün tələb olunan rus dili testindən uğurla keçib ki, bu da testdən keçənlərin ümumi sayının 50 faizini və təqdim edilən ərizələrin ümumi sayının 12,6 faizini təşkil edir.

...Və yeri gəlmişkən, Daşkənd həmçinin Rusiyadan yoxlamalar və reydlər zamanı miqrantlara hörmətlə yanaşmağı tələb edib.

Nazlı Almuradova

Seçilən
24
1
sia.az

2Mənbələr