AZ

Mateta “Milan”a keçməyəcək

“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta “Milan” klubuna keçməyəcək.  

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O fransız futbolçunun İtaliya klubunda iki tibbi yoxlamadan keçdikdən sonra transfer baş tutmadığını və “Kristal Pelas” rəhbərliyi hadisədən xəbərdar olduğunu qeyd edib.

 Mateta başqa komandaya keçmək istəyirdi, lakin görünür, bu, mümkün olmayacaq.

Qeyd edək ki, tibbi müayinəyə qədər “Kristal Pelas” və “Milan” futbolçunun transferi ilə bağlı razılığa gəlmişdilər. Buna görə də Mateta Premyer Liqanın növbəti turunda “Nottingem Forest”lə oyunda iştirak etməyib. Cari mövsümdə o, rəsmi turnirlərdə “Pelas”ın formasında 10 qol vurub.

Seçilən
16
90deqiqe.az

1Mənbələr