AZ

İdman Federasiyası Fəxri Prezidenti Azərbaycan gənclərini təbrik dib

“2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə ölkəmizin bütün gənclərini səmimi-qəlbdən təbrik edir, onlara möhkəm sağlamlıq, uğurlar və yüksək nailiyyətlər arzulayıram.

Azərbaycan Respublikasında gənclərə göstərilən diqqət və qayğı ardıcıl və məqsədyönlü dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycanda gənc sahibkarlar üçün imkanlar mövcuddur və bu imkanlar ardıcıl dövlət siyasəti nəticəsində formalaşıb.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il tarixli sərəncamına əsasən Gənclər Gününün təsis edilməsi gənclərə verilən dəyərin strateji əsasını qoymuşdur. Bu siyasət bu gün də onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyev tərəfindən böyük məsuliyyətlə və ardıcıllıqla davam etdirilir.

Əminəm ki, intellektual potensialı, vətənpərvərliyi və təşəbbüskarlığı ilə seçilən Azərbaycan gəncləri dövlətimizin sosial-iqtisadi inkişafında və gələcək uğurlarının təmin olunmasında bundan sonra da mühüm rol oynayacaqlar.”

 


İctimai-Siyası Xadim
Azərbaycan ValeTudo Federasiyasının Fəxri Prezidenti
Ayxan Baxşəlizadə

Seçilən
24
qht.az

1Mənbələr