AZ

Xalq artistinin oğlunun döyülməsinə görə daha bir neçə nəfər saxlanıldı

Xəbər verdiyimiz kimi, Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın 45 yaşlı oğlu Artur Balıyev yanvarın 30-da axşam saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində döyülüb.

DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən üç nəfər - Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimov saxlanılaraq istintaqa təhvil veriliblər.

Zərərçəkmişin yaşadığı ünvana naməlum şəxs və ya şəxslərin gəlməsi ilə bağlı polisə hər hansı məlumat daxil olmayıb.

Hadisə yerində mövcud olan kamera görüntüləri və digər sübutlar istintaq predmetidir, xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

Seçilən
9
unikal.az

1Mənbələr