AZ

Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub (FOTO)

Əbu-Dabi. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti ŞeyxMəhəmməd bin Zayed Al Nəhyanla görüşü olub.

Trend xəbər verir ki, söhbətzamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığaəsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütünsahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçininbərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdəinkişafından məmnunluq ifadə olundu, münasibətlərimizingenişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yəqarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edildi.

Görüşdə Əbu-Dabidə Azərbaycanın və Birləşmiş Ərəb ƏmirliklərininSilahlı qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgəəməliyyat-taktiki təliminin əhəmiyyətinə toxunuldu, bu təlimləriniki ölkənin Silahlı qüvvələri arasında operativ hərbi uyğunluğuninkişafına töhfə verəcəyinə əminlik bildirildi və bunun gələcəkdədə davam etdirilməsinin önəmi vurğulandı.

Dövlət başçıları əlaqələrimizin perspektivlərinə və gələcəktəmaslara dair fikir mübadiləsi apardılar.

Sonra Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub QazDəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarətpayının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinininvestisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alqı-satqımüqaviləsinə dair sənəd imzalandı.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan RespublikasınınMüdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin MüdafiəNazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyətməktubu da imzalanıb.

Azərbaycan və BƏƏ prezidentləri bu sənədlərin ölkələrimizarasında əlaqələrin daha da inkişafına təkan verəcəyinəəminliklərini bildirdilər.

Söhbət zamanı Bakı ilə Əbu-Dabi arasında qardaşlaşmamünasibətlərinin yaradılması məsələləri də qeyd edildi.

Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Seçilən
40
48
az.trend.az

3Mənbələr