AZ

ABŞ İran nümayəndələri arasında görüş İstanbulda baş tutacaq

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Stiv Uitkof İranın xarici işlər naziri Abbas Araqçi ilə cümə günü İstanbulda görüşəcək.

TurkicWorld xəbər verir ki, ABŞ mətbuatında yayılan xəbərlərə əsasən, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkof İranın xarici işlər naziri Abbas Araqçi ilə cümə günü İstanbulda görüşəcək. Görüşün ABŞ–İran münasibətlərində son dövrdə artan diplomatik fəallıq fonunda baş tutacağı bildirilir.

Məlumata əsasən, planlaşdırılan təmaslar uzun müddətdir davam edən gərginliyin azaldılması və tərəflər arasında dialoq imkanlarının qiymətləndirilməsi məqsədi daşıyır. ABŞ və İran arasında nüvə proqramı, regional təhlükəsizlik və sanksiyalarla bağlı məsələlərin əsas müzakirə mövzuları olacağı ehtimal edilir.

Rəsmi Vaşinqton və Tehran hələlik görüşlə bağlı açıqlama verməsə də, İstanbulun görüş məkanı kimi seçilməsi Türkiyənin regionda diplomatik platforma rolunu bir daha ön plana çıxarır. Analitiklər hesab edirlər ki, bu görüş tərəflər arasında birbaşa danışıqların bərpası üçün mühüm ilkin addım sayıla bilər.

Seçilən
21
50
turkic.world

10Mənbələr