AZ

Avropa İttifaqı innovativ hərbi texnologiyalara 5,4 milyard avro ayırıb

Bakı. Trend:

Avropa İttifaqının Müdafiə Fondu hərbi texnologiyalar sahəsində,o cümlədən süni intellektin (Sİ) tətbiqi istiqamətində 225innovativ layihənin həyata keçirilməsi üçün artıq 5,4 milyard avrovəsait ayırıb.

Trend xarici KİV-əistinadən xəbər verirki , bu barədə Aİ-nin müdafiə üzrə komissarıAndryus Kubilyus Brüsseldə keçirilən təhlükəsizlik üzrə konfransdadeyib.

“Biz investisiya fondlarımız vasitəsilə hərbi innovasiyalarıdəstəkləyirik. Avropa Müdafiə Fondu Avropada hərbi texnologiyalarayatırım edən üçüncü ən iri investordur və artıq 225 layihə üçün 5,4milyard avro ayırıb”, – deyə o qeyd edib.

Kubilyus dəqiqləşdirib ki, bu vəsaitdən 800 milyon avro hərbisektorda süni intellektin tətbiqi ilə bağlı layihələrə yönəldilib.Onun sözlərinə görə, xüsusilə zərbəçi PUA-larından ibarətqarşılıqlı fəaliyyət göstərən dron sürülərinin yaradılması, nitqintanınması və rabitə ilə radioəlaqənin sinxron tərcüməsi sistemləri,hədəflərin tanınması və seçilməsi funksiyalarına malik artırılmışreallıq elementləri olan görmə sistemləri, eləcə də neyronşəbəkələrin monitorinq və kəşfiyyat sistemlərinin bütün növlərinəinteqrasiyası üzərində iş aparılır.

Məqalədə:
Seçilən
31
2
az.trend.az

3Mənbələr