Gürcüstanın Baş naziri İrakli Kobaxidze etirazçı tələbələrin canlı yayımda açıq debatlar keçirmək təklifinə müsbət cavab verib.
“Mən hər kəslə oturub istənilən mövzuda, o cümlədən təhsil mövzusunda debatlar aparmağa hazıram. Müxtəlif mövzularda müzakirələrə başlamağın əsas məqsədi sosial konsolidasiyanı təmin etməkdir.” – İrakli Kobaxidze deyib. Tələbələr qeyd etdilər ki, konkret cavablar gözlədikləri konkret sualları var.
Xatırladaq ki, Gürcüstan hökuməti ölkənin ən yaxşı iki universitetinin – Tbilisi Dövlət Universitetinin (TSU) və Gürcüstan Texniki Universitetinin (GTU) birləşdirməyi qərara alıb. Tələbələr birləşməyə etiraz edirlər.
//Samir Qurbanov, Editor.az