AZ

Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketini tətbiq edəcək

BAKI, 2 fevral. TELEQRAF

Avropa Komissiyasının sədri Ursula Von der Leyen Rusiyaya qarşı növbəti sanksiyalar paketinin tətbiq ediləcəyini elan edib.

Teleqraf xəbər verir ki, o, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətinin yekunları üzrə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

Onun sözlərinə görə, Avropanın Ukraynaya dəstəyi dəyişməz olaraq qalır:

“Avropa İttifaqı ölkəyə istilik və elektrik enerjisi ilə təminat məqsədilə yüzlərlə generator göndərir. Bundan əlavə, Aİ Ukraynaya 90 milyard avro məbləğində kredit ayırıb. Çox yaxın zamanda biz 20-ci sanksiyalar paketimizi təqdim edəcəyik”.

Qeyd edək ki, “Bloomberg” agentliyinin mənbələrə istinadən məlumatına görə, 20-ci sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı Rusiyadan platin, mis, iridium və rodiumun alınmasını qadağan etməyi planlaşdırır.

Seçilən
9
teleqraf.com

1Mənbələr