AZ

İranın taleyi Ankarada həll olunacaq

Türkiyə, Misir və Qətər ABŞ və İran arasında Ankarada görüş təşkil etmək üçün səy göstərirlər.

Editor.az xəbər verir ki, «Axios” nəşri, iştirak edən ölkələrdən birinin mənbəsinə istinadən xəbər verir ki, danışıqlarda ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkoff və Tehranın yüksək vəzifəli nümayəndələri iştirak edəcək. “İşlər irəliləyir. Əlimizdən gələni edirik.”, – mənbə bildirib.
Yüksək vəzifəli ABŞ mənbəsi də Vaşinqton və Tehran arasında görüşün Ankarada keçirilə biləcəyini təsdiqləyib.

Qeyd etmək lazımdır ki, dünən Donald Tramp İran sahillərinə yaxınlaşan böyük bir ABŞ Hərbi Dəniz Qüvvələri donanmasına istinad edərək, İranla danışıqlar yolu ilə razılığa gəlmək istəyini bildirib. Tehran da öz növbəsində danışıqları dəstəklədiyini deyib və ədalətli nüvə sazişi istəyini vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
15
1
editor.az

2Mənbələr