Paris Tehranı iki ölkə arasında hərbi münaqişənin qarşısını almaq üçün ABŞ-a güzəştə getməyə çağırıb.
Fransa xarici işlər naziri Jan-Noel Barrotun sözlərinə görə, ABŞ ordusunu hərbi əməliyyatlara hazırlaşsa da, diplomatiya üçün də yer ayırıb. “Eyni zamanda, onlar rejimə danışıqlar təklif eedirlər. İran, bundan yararlanmalı, əhəmiyyətli güzəştlər etməli və mövqeyində köklü dəyişiklik etməlidir.” – Jan-Noel Barro bildirib.
Fransa xarici işlər naziri qeyd edib ki, Tehran siyasətini dəyişdirməli və qonşu ölkələr üçün təhdid olmaqdan əl çəkməlidir. Barrotun sözlərinə görə, İran xalqı “azadlıqlarını bərpa etməlidir”. Barrot həmçinin İran hakimiyyətini repressiv siyasətlərindən əl çəkməyə və saxlanılan Fransa vətəndaşlarını azad etməyə çağırıb.
//Samir Qurbanov, Editor.az