AZ

Ulduzların matçı üçün heyətlər açıqlandı: Əfsanə 22-ci dəfə bunu bacardı

“Los-Anceles Leykers”in hücumçusu Lebron Ceyms NBA 2026 Ulduzlar Matçı üçün Qərb Konfransının ehtiyat heyətinə daxil edilib.

Publika.az xəbər verir ki, tədbir fevralın 15-də Los-Ancelesdə yerləşən “Intuit Dome” arenasında keçiriləcək.

41 yaşlı amerikalı basketbolçu karyerasında 22-ci dəfə Ulduzlar Matçının iştirakçıları sırasında yer alıb ki, bu da mütləq rekorddur. Ötən il Ceyms 20 ildən sonra ilk dəfə topuq zədəsi səbəbindən bu tədbiri buraxmışdı.

Lebron Ceyms Qərb Konfransının ehtiyat heyətində Deni Avdiya (Portlend), Devin Buker (Finiks), Kevin Dürant (Hyuston), Entoni Edvards (Minnesota), Çet Holmqren (Oklahoma) və Camal Mürrey (Denver)lə birlikdə yer alıb.

Qərb Konfransının start beşliyi isə Stiven Karri (Qolden Steyt), Luka Donçiç (Leykers), Şey Gildjes-Aleksander (Oklahoma), Nikola Yokiç (Denver) və Viktor Vembanyamadan (San-Antonio) ibarətdir.

Seçilən
20
publika.az

1Mənbələr