AZ

Kallas: "Rusiya son 100 ildə 19 ölkəyə hücum edib"

"Rusiya son 100 ildə 19 ölkəyə hücum edib. Lakin heç bir dövlət Rusiyaya cavab olaraq hücuma keçməyib".

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Osloda keçirilən konfransda deyib.

Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, Moskva indi hərbi büdcəsini, ordusunu və nüvə silahlarını məhdudlaşdırmalıdır.

Kallas bildirib ki, qaydalara əsaslanan dünya nizamı həmişə bir illüziya olub və əslində ən güclülərin qanunu işləyir:

"Qaydalara əsaslanan dünya nizamının bir illüziya olduğuna dair bir arqument, inanc var. Bu, həmişə cəngəllik qanunu olub - kimin gücü varsa, istədiyini edir. Amma, hətta cəngəllikdə belə heyvanlar arasında bir əməkdaşlıq mühiti var. Ümid edirəm ki, biz bunu istəyən ölkələrlə beynəlxalq qayda-qanunu inkişaf etdirməliyik".

O qeyd edib ki, "kiçik ölkələr üçün qaydalara əsaslanan dünya nizamı onları qoruyur".

"Əgər işə yaramırsa, onların heç bir müdafiəsi yoxdur", - deyə Kallas bildirib.

Seçilən
12
moderator.az

1Mənbələr