AZ

Barış Murat Yağcı saxlanıldı

Türkiyə hüquq-mühafizə orqanlarının məşhurlara qarşı keçirdiyi narkotik əməliyyatları çərçivəsində tanınmış aktyor və müğənni Barış Murat Yağcı hava limanında saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Narkotik istintaqı çərçivəsində barəsində həbs qərarı çıxarılan "Survivor 2026" yarışmasının iştirakçısı Barış Murat Yağcı Türkiyəyə çatdıqdan sonra hava limanında saxlanılıb və yarışmadan kənarlaşdırılıb.

Baş Prokurorluq "narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və qaçaqmalçılığı", "narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsinə kömək etmə" və "şəxsi istifadə üçün narkotik və ya stimullaşdırıcı maddələrin alınması, qəbul edilməsi, saxlanması və ya istifadəsi" cinayətləri ilə bağlı istintaq aparır.

İstintaq çərçivəsində dünən on bir şübhəli sərbəst buraxılıb .

Yağcı haqqında həbs qərarı verilib..

Fidan
Milli.Az

Seçilən
17
4
milli.az

5Mənbələr