AZ

Polşada nazir piyadaya yol vermədiyinə görə cərimələndi

Bakı. Trend:

Polşanın ədliyyə naziri və baş prokuroru Valdemar Jurekavtomobil idarə edərkən piyada keçidində qadına yol vermədiyinəgörə cərimələnib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər veri.

Qayda pozuntusu Krakovda televiziya proqramının çəkilişi zamanıbaş verib. Proqramın şərtlərinə əsasən, nazir avtomobili idarəetməklə yanaşı, müxbirin suallarını da cavablandırmalı idi.Piyadanı ilk olaraq jurnalist görsə də, nazir əyləci basmayıb və“hələ uzaqdadır” deyə bildirib.

Cərimənin məbləği açıqlanmır.

Valdemar Jurek Polşanın baş naziri Donald Tuskun qərarı ilə 23iyul 2025-ci ildə ədliyyə naziri vəzifəsinə təyin edilib. Bundanəvvəl o, Krakov Dairə Məhkəməsinin hakimi olub.

Məqalədə:
Seçilən
18
2
az.trend.az

3Mənbələr