AZ

İsrail “Hizbullah”a məxsus silah anbarlarını vurdu

BAKI, 2 fevral. TELEQRAF

İsrail Livanın cənubunda yerləşən “Hizbullah” təşkilatına məxsus hədəflərə yeni zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

İsrail ordusunun açıqlamasına görə, hücumların əsas hədəfi silah anbarları olub.

Zərbələr qruplaşmanın hərbi imkanlarını bərpa etmək cəhdlərinin qarşısını almaq məqsədi daşıyıb.

Qeyd edək ki, vurulan hədəflərdən birinin sıx məskunlaşmış ərazidə yerləşdiyi qeyd olunub. İsrail Müdafiə Qüvvələri bunu mülki şəxslərdən “canlı qalxan” kimi istifadə olunmasının nümunəsi kimi qiymətləndirib. Eyni zamanda, qurumdan bildirilib ki, zərbələrdən əvvəl müvafiq tədbirlər görülüb.

Seçilən
22
2
teleqraf.com

3Mənbələr