AZ

İpoteka kreditləri ayrılır: onlara güzəşt edilsin Deputat

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Fevral ayından ipoteka kreditlərinin verilməsinə başlanılacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.

“Dövlət bu sahəyə büdcə ayırıb. Bu fürsətdən istifadə edərək bəzi işbazlar artıq mənzilləri süni şəkildə yüksək qiymətə təklif etməyə çalışırlar. Xüsusilə kənd yerlərində ipoteka məsələsinə diqqət yetirilməlidir. Kəndlərdə çalışan müəllimlər üçün ipoteka imkanları prioritet olmalıdır ki, onlar həmin ərazilərdə qalaraq tədris fəaliyyətlərini davam etdirə bilsinlər”, – S.Novruzov qeyd edib.

Deputat bildirib ki, sərhəd bölgələrində yerləşən rayonlarımızda güzəştli şərtlərlə mənzillərin tikintisi üçün şərait yaradılmalıdır.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
globalinfo.az

1Mənbələr