Bakı. Trend:
Ötən həftə Azərbaycanda maliyyə sektorunda bir sıra mühümaçıqlamalar və institusional inkişaflar qeydə alınıb. Bank sektoru,sığorta bazarı, kapital bazarları, fiskal göstəricilər vəmakroiqtisadi göstəricilər üzrə açıqlanan rəsmi məlumatlarümumilikdə maliyyə sabitliyinin qorunduğunu və sektorların inkişafmeyillərinin davam etdiyini göstərir.
Bank və monetar sektor
Azərbaycan Mərkəzi Bankı ötən həftə bank sektorunun 2025-ci ilinyekunlarına dair statistik göstəricilərini açıqlayıb. Hesabataəsasən, ölkədə fəaliyyət göstərən 22 bankın filiallarının sayı502-yə, şöbələrinin sayı 87-yə, bankomatların (ATM) sayı isə 3486-ya çatıb. Bank sektorunda çalışanların sayı dekabr ayında 1,4%artaraq 27 389 nəfər olub.
2025-ci ilin sonuna bank sektorunun cəmi aktivləri 57,1 milyardmanat, öhdəlikləri 49,7 milyard manat, balans kapitalı isə 7,3milyard manat təşkil edib. İl ərzində bank aktivləri 7,7%,öhdəliklər 7,2%, balans kapitalı isə 11% artıb.
Kredit portfeli dekabr ayında 1,3% artaraq 30,1 milyard manatayüksəlib. Kreditlərin 53,6%-i biznes, 31,1%-i istehlak, 15,3%-i isəipoteka kreditlərinin payına düşüb. İl ərzində kredit portfeliümumilikdə 9,4% genişlənib.
Depozitlər bank öhdəliklərinin əsas hissəsini təşkil etməkdədavam edib. Depozit portfeli 38,2 milyard manata çataraq ümumiöhdəliklərin 76,8%-ni təşkil edib. Fiziki şəxslərin əmanətlərinin68,5%-i milli valyutada saxlanılır. Dekabr ayında müddətliəmanətlərin həcmi 3,5% artıb, unikal müddətli əmanətçilərin sayıisə ilin əvvəlindən 29% yüksəlib.
2025-ci il ərzində bank sektoru 1,16 milyard manat xalis mənfəətəldə edib və dövlət büdcəsinə 316,8 milyon manat mənfəət vergisiödəyib.
Monetar göstəricilərə görə, manatla geniş mənada pul kütləsi(M2) ilin əvvəlinə nisbətən 10,2% artaraq 40,4 milyard manataçatıb. Bank sektorunun xarici öhdəlikləri isə əsasən qeyri-rezidentbanklardan cəlb edilən qısamüddətli kreditlər hesabına artıb.
Ödənişlər və nağdsız əməliyyatlar
Ötən həftə açıqlanan məlumatlar nağdsız ödənişlərin artımtrendini təsdiqləyib. Banklar və “Azərpoçt” MMC üzrə dövriyyədəolan ödəniş kartlarının sayı dekabr ayının sonunda 22 milyonayaxınlaşıb. Kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsızödənişlərin həcmi dekabrda 10,1 milyard manatı ötüb ki, bunun daəsas hissəsi elektron ticarətin payına düşüb. İlin əvvəlindənnağdsız əməliyyatlar ölkədaxili kart əməliyyatlarının 67,6%-nitəşkil edib.
Sığorta bazarında da ötən həftə mühüm açıqlamalar verilib.Bildirilib ki, Azərbaycanda sığorta haqlarının həcmi artıq 1,5milyard manata çatıb. 16 sığorta şirkəti tərəfindən ötən iltoplanan sığorta haqlarının müqabilində 920 milyon manat sığortaödənişi həyata keçirilib.
Kapital bazarları və Bakı Fond Birjası
Kapital bazarları üzrə də ötən həftə diqqətçəkən yeniliklərolub. Bakı Fond Birjası mikromaliyyə təşkilatları üçün borcbazarında minimal emissiya tələbinin 500 min manata endirildiyiniaçıqlayıb. Bu addım bazara çıxışı genişləndirməyi və kiçik maliyyəinstitutlarının kapital bazarlarına cəlbini hədəfləyir.
Eyni zamanda ötən həftə Bakı Fond Birjasının (BFB) İdarəHeyətinin sədri Ruslan Xəlilov Trend-ə müshaibə verib. O,müsahibəsində Beynəlxalq inkişaf banklarının Bakı Fond Birjasında(BFB) yerli valyutada (manat) emissiya etməyə marağının olduğunubildirib. Bundan başqa, Avropa Yenidənqurma və İnkişaf Bankının(AYİB) dəyişkən faizli manat istiqrazlarının ticarətə buraxılmasıkapital bazarlarının dərinləşməsi baxımından mühüm hadisə kimiqiymətləndirilib. Birja regional və qlobal inteqrasiya, eləcə də“yaşıl istiqrazlar” seqmentinin inkişafı istiqamətində fəaliyyətinidavam etdirir.
Fiskal göstəricilər və dövlət maliyyəsi
Maliyyə Nazirliyinin açıqlamasına görə, 2025-ci ildə icmalbüdcənin gəlirləri 47,96 milyard manat, xərcləri isə 44,65 milyardmanat olub. Nəticədə 3,3 milyard manat profisit formalaşıb. Dövlətborcunun həcmi isə 1 yanvar 2026-cı il tarixinə ÜDM-in 20,1%-isəviyyəsində qiymətləndirilib ki, bu da beynəlxalq müqayisədə aşağıgöstərici hesab olunur.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpasına ötənil dövlət büdcəsindən təxminən 4,5 milyard manat vəsaitayrılıb.
Xarici maliyyə əməkdaşlığı və makroiqtisadimənzərə
Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda 54 layihəyəümumilikdə 5,2 milyard ABŞ dolları vəsait ayrıldığı bildirilib. Bulayihələr əsasən infrastruktur, yaşıl enerji, məşğulluq və regionalinkişaf sahələrini əhatə edir.
Makroiqtisadi göstəricilərə görə, 2025-ci ildə qeyri-neft-qazixracı 8,1% artaraq 3,63 milyard ABŞ dolları ilə rekord səviyyəyəçatıb. Xarici ticarət balansı qızıl idxalı nəzərə alınmadan müsbətolaraq qalıb.
Eyni zamanda, beynəlxalq maliyyə qurumları AMB-nin əsas uçotdərəcəsini yaxın iclasda dəyişməyərək 6,75% səviyyəsindəsaxlayacağını proqnozlaşdırır.