ain.az bildirir, Konkret.az portalına istinadən.
Rusiyanın Federal “Aqroeksport” mərkəzi bildirib ki, 2025-ci ildə Çinə ən çox toyuq ayağı ixrac edib.
KONKRET.az xəbər verir ki, mərkəz Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarına istinadən belə bir məlumat yayıb.
Verilən informasiyaya görə, Çin Rusiyadan 109 min ton məhsul alıb və bunun dəyəri təxminən 327 milyon dollar olub. Təbii ifadədə tədarüklər 2024-cü illə müqayisədə 10%, pul ifadəsində isə 5% artıb.
Rusiya Çin bazarında toyuq ayaqlarının ixracında birinci yeri tutaraq Braziliyanı (326 milyon dollar) geridə qoyub.
Aparıcı tədarükçülərin ilk beşliyinə həmçinin Tailand (219 milyon dollar), ABŞ (69 milyon dollar) və Belarus (33 milyon dollar) daxil olub.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.