AZ

Rus diplomat Londondan qovuldu

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Böyük Britaniya hökuməti Londondakı Rusiya səfirliyinin əməkdaşının diplomatik akkreditasiyasını ləğv edib. 

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Bu qərar Rusiyanın 15 yanvarda elan etdiyi Britaniya diplomatının Moskvadan qovulmasına cavab olaraq qəbul edilib.

Həmçinin vurğulanıb ki, Rusiyanın bundan sonrakı addımları eskalasiya kimi qiymətləndiriləcək və müvafiq cavab alacaq. 

Moskva daha əvvəl Britaniya kəşfiyyat xidmətləri ilə əlaqəsi olduğu aşkarlanan Britaniya səfirliyinin əməkdaşının ölkədən çıxarıldığını elan etmişdi. Ona iki həftə ərzində ölkəni tərk etmək əmri verilib. Moskva Londonun hər hansı əks-tədbirinə qarşılıq verəcəyi barədə xəbərdarlıq edib.

Ağarza Elçinoğlu 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
4
unikal.az

5Mənbələr