İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin əsas oyunçularından olan Rafinya sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı vingerin sağ bud əzələsində dartılma aşkarlanıb. 28 yaşlı futbolçu Kral Kubokunun 1/4 final mərhələsinin "Albasete" ilə matçında iştirak etməyəcək. Qarşılaşma 4 fevral tarixində baş tutacaq.
Qeyd edək ki, Rafinya bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 22 rəsmi matçda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi