AZ

Gəncədə partlayış- YARALILAR VAR

Ajans.az xəbər verir ki, hadisə şəhərin Sevinc qəsəbəsi ərazisindəki kanalizasiya quyusunun təmiri zamanı qeydə alınıb. İlkin məlumata görə, quyudan keçən qaz xəttində sızma olub. Fəhlələr kanalizasiya quyusunda dəmir boruda qaynaq apararkən qəfil partlayış baş verib. Partlayış nəticəsində qaynaqçı, 1968-cı il təvəllüdlü Əli Paşayev, fəhlələr - 1984-cü il təvəllüdlü Anar Zamanov və 1989-cu il təvəllüdlü Mahir Bağırov yanıq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(Mənbə: oxu.az)

Seçilən
5
1
Ajans.az

2Mənbələr