Türkiyə təmsilçisi “Qalatasaray”da Mauro İkardinin gələcəyi ilə bağlı müzakirələr gündəmə gəlib.
Missiya.az xəbər verir ki, klub argentinalı hücumçunun transfer məsələsi ilə bağlı “Yuventus”la ilkin təmaslar qurub.
Məlumata görə, müqaviləsi 2026-cı ilin yayında başa çatacaq futbolçuya həm Avropa, həm də Cənubi Amerikadan maraq göstərən klublar var. “Qalatasaray”ın hələlik yeni müqavilə təklifi irəli sürməməsi İcardinin gələcək planları ilə bağlı danışıqlara başlamasına səbəb olub. Klub daxilində məsələnin yaxın dövrdə aydınlıq qazanacağı gözlənilir.
Seyranə Quliyeva
Missiya.Az