"Jirona"nın almaniyalı qapıçısı Mark-Andre ter Ştegen ciddi zədə alıb.
Fanat.Az xəbər verir ki, bu barədə "SERGirona" məlumat yayıb.
Mənbənin məlumatına görə, 33 yaşlı qapıçıya ayağında vətərin qırılması diaqnozu qoyulub. Ter Ştegenin sağalması iki aya qədər çəkə bilər. Qapıçının əməliyyat olunması mümkündür. "Jirona" və "Barselona"nın tibbi qrupları hazırda diaqnozu təsdiqləmək üçün çalışırlar. Qolkiperin "Blaugrana"ya erkən qayıdışını istisna etmir.
Xatırladaq ki, "Jirona" 20 yanvar 2026-cı ildə Mark-Andre ter Stegeni "Barselona"dan icarəyə götürüb. Qapıçı yeni komandasında cəmi iki oyun keçirib və iki qol buraxıb.
Ter Ştegen 2025-ci ilin yayında xroniki bel ağrısı səbəbindən əməliyyat olunub. Alman qolkiper mövsümün ilk yarısını buraxıb. O, qış fasiləsinə qədər "Barselona"nın heyətində cəmi bir oyun ("Kral Kuboku"nda) keçirib.