AZ

İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 80-ə çatıb

İndoneziyada Qərbi Yava əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 80-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Antara" agentliyi İndoneziyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Aparılan axtarış əməliyyatları nəticəsində 80 nəfərin meyitini təxliyə etmək mümkün olub", - qurumdan bildirilib.

Qeyd edilib ki, axtarış işləri davam edir və hələlik yalnız ölən 57 nəfərin kimliyi müəyyən edilib.

Seçilən
12
far.az

1Mənbələr