AZ

Ulduz futbolçudan "Barselona"ya bəd xəbər

"Barselona"nın üzvü Rafinya İspaniya Kubokunun "Albasete" 1/4 final matçını buraxacaq.

Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, braziliyalı futbolçu zədələnib. Onun sağ ayaq budunda adduktor əzələsinin dartılması aşkar olunub. Təhlükəsizlik məqsədilə Rafinya İspaniya Kuboku matçında iştirak etməyəcək. Onun bərpa müddəti isə təxminən bir həftə davam edəcək.

Cari mövsümdə Rafinya bütün turnirlərdə "mavi-qranatlar"ın heyətində 22 oyuna çıxıb, 13 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
23
publika.az

1Mənbələr