AZ

Aİ: Uşaqlara sosial media qadağasının tətbiqi ilə bağlı bütün variantlar nəzərdən keçirilir

Aİ: Uşaqlara sosial media qadağasının tətbiqi ilə bağlı bütün variantlar nəzərdən keçirilir

Avropa İttifaqı (Aİ) Komissiyası birlik daxilində uşaqlara sosial media qadağasının tətbiq edilməsi ilə bağlı mövcud variantların hər birinin araşdırıldığını qeyd edib. Aİ Komissiyasının sözçülərindən biri olan Tomas Renye keçirilən gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Uşaqlara sosial media qadağasının tətbiqi ilə bağlı Aİ miqyasında vahid bir addımın atılıb-atılmayacağı sualına cavab verən Renye, bu məsələ ilə bağlı üzv dövlətlərlə birgə işlərin aparıldığını vurgulayıb. Renye bildirib ki, Aİ Komissiyası hazırda bütün variantları nəzərdən keçirir: "Hazırda bizə məsləhət verməsi üçün ekspertlər paneli yaradılır. Bundan sonra konkret bir addımın atılıb-atılmayacağına dair yekun qərar veriləcək".

Bütün seçimlərin masada olduğunu və işlərdə hərtərəfli yanaşma mənimsədiklərini ifadə edən Renye, ekspertlərin müxtəlif sahələri təmsil edəcəyini və hələlik dəqiq bir zaman qrafikinin olmadığını da əlavə edib. Bu addım Avropada uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm mərhələ hesab olunur.

Seçilən
0
afn.az

1Mənbələr