AZ

Ekspert: Şagirdlərlə keçirilən sorğu sualın konkret məqsədi olmalıdır

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyədə məktəbəqədər, ibtidai, orta və tam orta məktəblərdə oxuyan təxminən 18 milyon şagird iki həftəlik yarımil tətilindən sonra 2025-2026 tədris ilinin ikinci yarısına bu gün “Bayraq sevgisi” mövzusu ilə başlayıb. Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, qardaş ölkənin Milli Təhsil Nazirliyinin göstərişinə əsasən, dərslər birlik və ortaq mənsubiyyət şüurunun gücləndirilməsinə yönəlib. Və bu mövzulara tədris ili ərzində geniş yer veriləcək. 

Dərsin bayraq sevgisinə həsr edilməsi əlbəttə, önəmlidir. Demirik, ölkəmizdə oxşar məzmunlu, milli vətənpərvərlik, yaxud əlamıtdar tarixi günlərlə bağlı xüsusi dərslər keçilmir. Keçilir, xüsusi dərs saatları ayrılır. Amma bəzən “dodaq uçuqladan” söhbət mövzularına rast gəlinir. Məsələn, ölkə məktəblərindən birində müəllimin ibtidai sinif şagirdləri arasında “hansı seriallara baxırsınız” sorğusu keçirdiyi məlum olub. Bununla bağlı You-Tube kanalında görüntü yayınlanıb. Müəllim şagirdlərdən “hansı seriallara baxırsınız” soruşur, hərəsi bir cavab verir, məlum olur ki uşaqların izlədiyi 16+, ya da 18+ filmlərdir. Diqqət çəkən başqa məqamsa müəllimin şagirdlərin cavabı müqabilində “əla”, “yaxşı” söyləməsidir. 

Necə deyərlər, “xalq” Bayraq, biz serial sevgisi aşılayırıq? 

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a aıqlamasında bildirdi ki, belə məzmunda sorğunun qoyulması doğru deyil, xüsusən şagirdlər arasında:

- Müəllimin hansə zərurətdən, nə məqsədlə serial sorğusu keçirdiyi məlum deyil. Əgər bu sorğunun məqsədi şagirdlərin maraq dünyasını müəyyən etmək, asudə vaxlarını, tətil günlərini necə keçirdiklərini müəyyən etməkdirsə, mümkündür. Lakin belə bir sorğu çox zaman almamalı, şagirdlərin dərsdən, bilik əldə etməkdən yayınmasına şərait yaratmamalıdır. Şagirdlərlə keçirilən hər bir sorğu-sualın konkret məqsədi, məramı olmalıdır. Müəlllim bu cür sorğuları şəxsi istəyi, öz maraqları çərçivəsində yox, tədris proqramı çərçivəsindı tərtib etməlidir. Azərbaycan mədəniyyəti, ədəbiyyatı, fokloru, tarixi ilə bağlı əlamətdar gündürsə, yaxud milli televiziyamızın, radiomuzun yaranma tarixindən söhbət gedirsə, televiziyada hansı proqramları izləyirsiniz, radio dinləyirsinizmi, tipli suallar qoyula bilər. Beləliklə şagirdlərin maraq dünyası, nəyə üstünlük verdikləri müəyyən edilmiş olar. Azərbaycan filmləri barədə interaktiv sorğu təşkil etmək olar. Dərsi seriallara həsr etmək hesab edirəm, doğru deyil. Uşaqları təhsilə, elmə, biliyə, oxu vərdişlərinə, faydalı işlərə yönəltmək lazımdır.  

E.Əfəndi qeyd etdi ki, tarixi, əlamətdar günlərdə bizim ölkənin ümumtəhsil məktəblərində dərslər həmin mövzulara həsr olunur:  

- Bayraq günü, Zəfər bayramı kimi əlamətdar tarixlərimiz, 20 yanvar, Xocalı soyqırımı kimi qan yaddaşımızı təzələyəcək günlər var. Bəllidir ki, belə tarixi günlərdə həmin mövzular akual olur. Amma diqqət etmək lazımdır ki yersiz, şagirdə fayda verməyəcək mövzular dərsin gedişatına mənfi təsir göstərməsin. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
sherg.az

1Mənbələr