AZ

Elektrikli avtomobillər radiasiya yayır? HƏKİM AÇIQLADI

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son zamanlarda elektrik mühərrikli avtomobillərə tələbat gün keçdikcə daha da artır. Demək olar ki, əksəriyyət bu maşınlardan əldə etmək istəyir. Çünki bu avtomobillər daha az xərc tələb etməklə yanaşı, həm də komfortludur. Son günlərdə elektrik avtomobillər haqqında müəyyən xoşagəlməz iddialar yayılmağa başlayıb. Belə ki, bəzi ekspertlər elektrik avtomobillərinin akkumlyatorlarının radiasiya ötürdüyünü iddia edir. Ona görə də bu avtomobillərdən daha çox istifadə edənlərin səhhətində ciddi narahatlıqlar yaranır.

Məsələ ilə bağlı radioloq, tibb eksperti Aydın Əliyev SİA-ya açıqlamasında bildirib ki, bunun hələ ki, sübutu təqdim edilməyib:

“Ola bilsin ki, elektrik avtomobilləri radiasiya ötürür. Bunu bilməyin ən asan yolu odur ki, avtomobil sahibi məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin radiasiya təhlükəsizliyi ilə bağlı qurumuna müraciət etməlidir. Müraciətə əsasən həmin qurum elektrik avtomobilini yoxlayıb, rəy verir. Yalnız bundan sonra konkret danışmaq olar. İndiki halda nəsə demək çətindir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
sia.az

2Mənbələr