AZ

Son vaxtlar ətlərin rəngi niyə dəyişib? AÇIQLAMA

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Son günlər vətəndaşlardan "Araz" marketdən aldığı ətin istifadəsi ilə bağlı müşahidə diqqət çəkib. Ət düzgün çəkilib, göyərti ilə qarışdırılaraq buzluğa qoyulsa da, hələ də qırmızı rəngini qoruyub və bu, insanlar arasında suallar yaradıb.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, ətin rəngi və keyfiyyəti əsasən saxlama şəraitindən asılıdır:“Ət qapalı, hava keçirməyən qabda saxlanarsa, onun keyfiyyəti uzun müddət qorunur və oksigenlə təmas olmadığı üçün rəngində ciddi dəyişiklik baş vermir. Belə şəraitdə ət həm görünüşünü saxlayır, həm də bakteriyaların çoxalması riski azalır. Lakin ət açıq havaya çıxanda və oksigenlə təmas edəndə rəngi tündləşmək əvəzinə açıq qırmızıya çevrilir. Bu, normal biokimyəvi prosesdir və ətdə olan turşular, enzimlər və göyərti, kişniş kimi ədviyyatlar bu rəng dəyişimini bir qədər sürətləndirir”.Ekspert vurğulayıb ki, ətin təhlükəsizliyi yalnız rəngdən asılı deyil, həm də saxlama şəraiti, temperatur və zamanla bağlıdır:“Əgər ət uzun müddət düzgün şəraitdə saxlanmazsa, yapışqanlaşma, boz rəng alma və xoşagəlməz qoxu kimi göstəricilər ortaya çıxır. Bu hallar istehlak üçün təhlükəli sayılır və məhsulun keyfiyyətinin itməsi ilə nəticələnir. Qısaca desək, ətin rəngindəki dəyişiklik həmişə təhlükə demək deyil, lakin yapışqanlıq, bozlaşma və pis qoxu müşahidə olunarsa, bu, istehlakçı üçün ciddi risklər yaradır. Bu səbəbdən ət məhsullarının düzgün qablaşdırılması, soyuducuda saxlanması və istehlak vaxtına diqqət yetirilməsi vacibdir”.Yəni, düzgün saxlanılan ət həm təhlükəsiz, həm də keyfiyyətli qalır və rəng dəyişməsi həmişə məhsulun xarab olduğunu göstərmir.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
demokrat.az

1Mənbələr