"Global Firepower" hərbi güc indeksi əsasında 2026-cı ilin ən güclü ordusuna sahib ölkələrin siyahısını dərc edib.
Publika.az xəbər verir ki, siyahıda ölkələrin müdafiə büdcəsi, şəxsi heyətin sayı, quru-hava-dəniz qüvvələri, texnoloji potensial və güc proqnozu kimi meyarlar nəzərə alınıb.
Siyahıya əsasən, ABŞ 0.0744 "PowerIndex" balı ilə birinci yeri tutub. Rusiya və Çin güclü quru qüvvələri, şəxsi heyətin potensialı və artan hərbi texnologiyaları ilə 0.0788 balla siyahıda ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Hindistan dünyanın ən böyük hərbi heyətinə sahib olmaqla dördüncü yerdədir. Beşinci yerdə qərarlaşan Cənubi Koreya qabaqcıl müdafiə sistemləri və texnologiya investisiyaları ilə seçilir.
Böyük Britaniya nüvə imkanları və qabaqcıl hərbi texnologiyaları ilə altıncı, Fransa isə strateji hava və dəniz imkanları ilə yeddinci yerdə qərarlaşıb. Yüksək texnologiyaya əsaslanan müdafiə imkanları sayəsində Yaponiya səkkizinci yeri tutub.