“Arsenal”ın yarımmüdafiəçisi Mikel Merino ciddi zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı futbolçunun sağ ayağında sümük zədəsi aşkarlanıb və o, əməliyyat olunacaq. Bu səbəbdən Merino mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.
İspaniyalı yarımmüdafiəçi cari mövsümdə 33 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.